Xidmət Təfərrüatları
- Home
- Xidmət Təfərrüatları

Brendinq
Brendinq və Kreativ Xidmətlər: Markanızın Vizual Kimliyini Yaradın
Vizual kimlik brendin ruhudur. Biz, markanıza ad verilməsindən (naming) başlayaraq, loqo dizaynı, mousn videolar və təqdimatlara qədər bütün yaradıcı proseslərdə sizinləyik. Məqsədimiz yalnız "gözəl görüntülər" yaratmaq deyil, həm də auditoriyanızın qəlbində yer tutacaq və zamanın sınağından çıxacaq bir brend inşa etməkdir.
Kreativ İstiqamətlərimiz:
Loqo Dizaynı: Loqo brendin ilk təəssüratıdır. Biz markanızın dəyərlərini əks etdirən, yadda qalan və hər bir platformada effektiv görünən loqo dizaynı xidmətləri təklif edirik.
Adlandırma (Naming): Doğru adı tapmaq həm incəsənət, həm də elmdir. Xüsusilə Azərbaycan bazarı və qlobal arena üçün yadda qalan, mənalı və SEO-ya uyğun brend adları hazırlayırıq.
Brendbuk (Brandbook): Brendin dürüst və davamlı görünməsi üçün vizual standartlar mütləqdir. Markanızın necə görünməli, danışmalı və hiss edilməli olduğunu müəyyən edən detallı brendbukların hazırlanmasını təmin edirik.
Təqdimat Dizaynı: Darıxdırıcı slaydları vizual hekayələrə çeviririk. Güclü pitch deck-lər, satış təqdimatları və daxili hesabatlar dizayn edərək mesajınızı daha inandırıcı edirik.
Mouşn Qrafika (Motion Graphics): Mürəkkəb mesajları sadələşdirən 30 saniyəlik izahlı videolar və ya animasiya reklamları hazırlayırıq ki, bu da auditoriyanızla daha aktiv əlaqə qurmağınıza kömək edir.